"Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında oyun barədə təəssüratlarını bölüşüb:
"İlk dəqiqədən gərginlik hiss olunurdu. İki komanda da uduzmaq istəmirdi. Kubokun ilk matçları əsasən bu məcrada keçir. Bu gün əsas məsələ uduzmamaq idi. Şikayət etmək istəmirik, reallıq budur. Son matçlara itkilərlə çıxırıq. Ehtiyatdakı oyunçularla bağlı problemlərimiz var. Amma indi elə dönəmdəyik ki, bu barədə düşünmürük. Bundan sonra çempionat matçına köklənəcəyik. Məqsədimiz uduzmamaq, seriyanı davam etdirməkdir. Bu yolda davam edəcəyik.Heyətdəki itkilər bugünkü görüşə ciddi təsir etməyib. Amma ümumi duruma təsirsiz ötüşmür. Bu gün Voislav Stankoviç yoxdursa, deməli, problem var. Sezar Meza Kollinin yüngül zədəsi var idi. Ona görə bu gün son dəqiqələrdə şans verdik.Ömər Buludovun müdafiənin mərkəzində oynaması da məcburiyyətdən atılmış addım idi. Amma ikinci hissədə ən yaxşılardan idi".