bazar, 24 noyabr 2024

BİZİM FUTBOL

Emreli 90 dəqiqə oynadı, "Dinamo" uduzdu

21.04.2022 00:25 Oxundu 507


Xorvatiya çempionatında 9-cu turdan təxirə salınmış oyunda Zaqrebin "Dinamo" komandası səfərdə "Hayduk"la qarşılaşıb. 
Millimizin futbolçusu Mahir Emreli  "Dinamo"nun start heyətində meydana çıxıb və əvəz olunmadan oynayıb.  

Qarşılaşma Zaqreb təmsilçisinin minimal hesablı məğlubiyyəti ilə başa çatıb. Yeganə qolu 63-cü dəqiqədə Nikola Kaliniç vurub.

Bu nəticədən sonra 66 xalı olan "Dinamo" zirvədəki yerini qoruyub. Xallarını 62-yə çatıdran "Hayduk" isə 3-cü pillədə qərarlaşıb.