21.04.2022 14:25
482
"Real Madrid"in hücumçusu Kərim Benzema "Osasuna" ilə 33-cü turun matçında (3:1) iki penalti zərbəsini yerinə yetirə bilməyib. Opta-nın məlumatına görə, 34 yaşlı fransız son 16 ildə bir La Liqa matçında iki penalti qaçıran ilk futbolçu olub. Belə bir hadisə 16 il əvvəl - 2006-cı ilin aprelində "Espanyol"un hücumçusu Raul Tamudonun da başına gəlib. O, "Real Betis"lə matçda (2:0) 2 penalti qaşırmışdı.