bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

Qvardiola Premyer Liqadada hamını arxada qoydu

21.04.2022 14:33 Oxundu 478

Premyer Liqanın 30-cu turunun təxirə salınmış matçında "Mançester Siti" doğma meydanda "Brayton"a 3:0 hesabı ilə qalib gəlib.
“Çempion.az” “Opta”ya istinadən bildirir ki, bu, şəhərlilərin baş məşqçisi Xosep Qvardiolanın komandanı meydana çıxardığı 344 oyunda 250-ci qələbəsidir ki, bu da Premyer Liqada ən rekord göstəricidir.
Əvvəlki rekord 396 matçda 250 qələbə qazanan "Çelsi", "Mançester Yunayted" və "Tottenhem"in keçmiş baş məşqçisi Joze Mourinyoya məxsusdur.