21.04.2022 14:41
555
İngiltərənin “Mançester Yunayted” klubunun rəhbərliyi bu şənbə Erik ten Haqın baş məşqçi təyin olunduğunu elan edə bilər. İddialara görə, artıq bu qərarla bağlı futbolçular məlumatlandırılıb və klubun özündə restrukturizasiya işlərinə başlanılıb. Belə ki, klubda 16 il çalışmış skautlar şöbəsinin rəhbəri Cim Lovlor və qlobal skaut axtarışının rəhbəri Marsel But tutduqları vəzifələrdən azad ediliblər.
Bu barədə “The Mirror” bu gün xəbər verib.
Bu xəbərdən az sonra klub məlumatı təsdiqləyib.
Mankunianların mətbuat xidmətindən verilən məlumata görə, hollandiyalı mütəxəssis karyerasını “Mançester Yunayted”də davam etdirəcək və müqavilə daha bir mövsüm uzatma ehtimalı ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub.