bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

Sergey Şavlo: “Ələkbərovun “Lukoyl”dan getməsi “Spartak”a təsir göstərə bilər”

21.04.2022 15:07 Oxundu 520
 
Klubun keçmiş baş direktoru Sergey Şavlo bildirib ki, Vahid Ələkbərovun "Lukoyl"un rəhbəri vəzifəsindən və şirkətin direktorlar şurasından getməsi "Spartak"dan bir sıra oyunçuların getməsinə səbəb ola bilər.
- Bunun "Spartak"a mənfi təsir etməsini istəməzdim. Amma təsir edə biləcəyini təsəvvür etmək olar. İndi bütün komandalar “oturublar”. Vəziyyət mürəkkəbdir, ona görə də burada dəqiq nəsə demək çətindir. Prinsipcə "Spartak" yaxşı vəziyyətdəir. Yəqin ki, futbolçular narahatdır, çünki futbol indi çətin dövrnü yaşayır. Hər yeri bizdən “təmizləyiblər”. Yalnız ölkədə hamımız oynayırıq. “Spartak”ın heyətndə ciddi dəyişikliklər ola bilər. Çünki kifayət qədər maliyyə olmasa, futbolçular razılaşmayacaq və müəyyən addımlar atacaqlar”, - deyə Şavlo “Match TV”yə müsahibəsində bildirib.