21.04.2022 15:28
497
Tanınmış futbol mütəxəssisii Anatoli Bışovets Rusiyada VAR-ın mümkün ləğvi ilə bağlı xəbərlərə münasibət bildirib.
"Meydanda həm futbol tamaşana, həm də nəticəyə təsir edən əsas şəxs baş hakimdir, ona görə də VAR-a ehtiyac yoxdur. Axı yaxşı təlim keçmiş hakimlər həmişə verilən qərarlara görə məsuliyyət daşıyırlar. Meydandakı hakim obyektiv olsa, onda Rusiyada VAR-a ehtiyac olmayacaq”, - Bışovets “RB Sport”a bildirib.