22.04.2022 13:55
619
Ardıcıl iki məğlubiyyətdən sonra “Barselona” nəyin bahasına olursa olsun “Real Sosyedad”ı məğlub etməli idi. Və matç kataloniyalılar üçün son dərəcə çətin keçdi. Baxmayaraq ki, onlar artıq 13-cü dəqiqədə Obameyanqın qolu sayəsində hesabı açdılar.
İlk hissə rəngarəng keçdi. Oyunda bəzən sakitlik hökm sürür, bəzən qonaqlar, bəzən də ev sahibləri kəskinlik yaradırdılar. Hər iki rəqibin imkanlarının olmasına baxmayaraq, oyunda daha qol vurulmadı. Fasilədən sonra "Real Sosyedad" artıq təşəbbüsü tam ələ keçirərək rəqibə güclü təzyiq göstərdi. Bəzən elə görünürdü ki, bu hücumlar hay-küyə və xaosa düşən kataloniyalılar üçün dözülməz olacaq. Amma meydan saibləri son nöqtəni qoya bilmirdilər. "Barselona" rəqibin hcumlarını dəf etsə də Ter Ştegenin qapısı qarşısında gərginlik son dəqiqələrə qədər davam etdi.
Hakimin final fiti “Barslona” üçün həyati əhəmiyyəti olan qələbəni rəsmiləşdirdi.