bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

Xavi: "Özümüzü yorğun hiss etdik, amma həyati vacib qələbə qazandıq"

22.04.2022 14:03 Oxundu 469
 
"Barselona"nın baş məşqçisi Xavi La Liqanın 33-cü turunda "Real Sosyedad" üzərində minimal hesablı qələbəni (1:0) şərh edib.
- Bu matç mənə çox xoşagəlməz hisslər yaşatdı. Oyunun bir çox mərhələsində rəqib bizdən çox topa sahib idi, biz meydançanın bizə aid hissəsindən çıxa bilmədik. Sosyedad əla komandadır. Özümüzü yorğun hiss etdik, amma həyati vacib qələbə qazandıq. Düzünü desəm, bir çox mərhələlərdə “Real Sosyedad” daha çox şeyə layiq idi. Ən azı heç-heçəyə layiq idi. Amma biz buradan çox vacib qələbə ilə ayrılırıq. Keçən həftə çox uzun oldu, bizə məyusluqlar gətirdi, amma bu, bizə xeyir verəcək. Ən yaxşı oyun olmasa belə, nəticə üçün mübarizə aparmağımız yeni bir şeydir, - Xavi “Marka”ya bildirib.