bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

Pele xəstəxanadan evə buraxılıb

22.04.2022 14:30 Oxundu 657
 
Futbol üzrə üçqat dünya çempionu Pele xəstəxanaya yerləşdirildikdən iki gün sonra evə buraxılıb. Bu barədə “Reuters” San-Pauludakı Albert Eynşteyn klinikasının mətbuat xidmətinə istinadən məlumat yayıb. Pelenin vəziyyəti yaxşı və stabil olaraq qiymətləndirilir.
Xatırladaq ki, 2021-ci ilin sentyabrında Pele yoğun bağırsağındakı şişi çıxarmaq üçün əməliyyat olunmuşdu.  Dekabrın 8-də o, müalicə üçün xəstəxanaya yenidən yerləşdirilmişdi. Daha sonra ESPN xəbər verdi ki, Pelenin ilkin mərhələdə bağırsaqlarında, qaraciyərində, həmçinin ağciyərində şişlər aşkar olunub.