22.04.2022 14:35
468
"Real Sosyedad" İspaniya çempionatının 33-cü turu çərçivəsində evdə "Barselona"ya uduzub - 0:1. Kataloniyalılar topa 44,3% sahib olublar. “Opta”nın məlumatına görə, bu, komandanın yaxın tarixdə (2005/06-dan bəri) La Liqada tapa sahib olmaq üzrə ikinci ən aşağı göstəricisidir. "Barselona” 2019-cu ilin mart ayında "Real Betis"lə oyunda topa 44% sahib olmuşdu.