26.04.2022 13:08
561
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinalında "Mançester Siti"yə qarşı keçiriləcək oyundan gözləntilərini bölüşüb.
“Hər iki komanda üçün təzyiq təxminən eynidir. Yarımfinala yüksəlməyi uğur saya bilmərik, uğur final olacaq, amma bunun üçün “Mançester Siti”ni keçmək lazımdır. Komanda müdafiədə kompakt oynamalıdır. Sabah müdafiə xətti çox vacib olacaq. "Siti" topa sahib olanda biz təkcə topa baxmamalıyıq, həm də dəqiq müdafiə olunmalıyıq. Amma topa biz sahib olanda, hücumxəttimizin yüksək səviyyəsindən istifadə etməliyik, - UEFA-nın mətbuat xidməti Ançelottidən sitat gətirir.