26.04.2022 14:29
554
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola bildirib ki, müdafiəçilər Kayl Uoker və Con Stounz Çempionlar Liqasının yarımfinalında "Real"a qarşı ilk oyunu buraxa bilərlər.
- Kayl Uoker son 10 gündə məşq etməyib. Con Stounz aprelin 20-də "Brayton"la matçdan sonra məşq etmir. Odur ki, meydana çıxacaqlarını bilmirəm. Onların özlərini necə hiss etdiklərinə baxacağıq. Sabah qərar verəcəyik. Hələlik şübhələrim var, - UEFA mətbuat xidməti Qvardioladan sitat gətirir.