bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

Etyen Kapu: "Emerinin sayəsində 33 yaşımda futbol oynamağı öyrəndim"

26.04.2022 14:38 Oxundu 546
 
“Vilyarreal”ın yarımmüdafiəçisi Etyen Kapu Çempionlar Liqasının “Liverpul”la oyunu ərəfəsində komandasının baş məşqçisi Unai Emeri haqqında heyranlıqla danışıb.
"Unai Emerinin həmişə yeni taktiki ideyaları, vəziyyətə yeni baxışı var. O, həmişə hadisələri qabaqlamaql hərəkət edir. Düşünürəm ki, o, dahidir. Oyunçular onun sayəsində potensialını aça bilir. Bu, inanılmazdır, 33 yaşımda futbol oynamağı öyrəndim. Məşqçinin şəxsiyyəti çox şey deməkdir. Emeri düzgün forma almağımda mənə kömək etdi və mən ona çox borcluyam”, - deyə UEFA-nın mətbuat xidməti Kapudan sitat gətirir.