26.04.2022 15:47
611
"Napoli"nin baş məşqçisi Luçano Spaletti mövsümün sonunda postunu tərk edə bilər. Bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, onun yerinə ən real namizəd “Atalanta”nın baş məşqçisi Can Piero Qasperini hesab olunur. Bildirilir ki, "Napoli"nin sahibi Aurelio De Laurentiis komandanın hazırkı nəticələrindən razı deyil, Spalettinin klubdakı işini davam etdirib-etdirməməsi ilə bağlı qərar mövsümün sonunda açıqlanacaq.
Spalettinin "Napoli" ilə müqaviləsi daha iki il müddətinə qüvvədədir, müqaviləyə xitam verilərsə, "Napoli" mütəxəssisə təxminən 6 milyon avro təzminat ödəməli olacaq.