28.04.2022 02:39
547
Çempionlar Liqasının yarımfinal oyununda “Livrepul” evdə “Vilyarreal”la qarşılaşdı. Oyun “Liverpul”un diktəsi ilə keçdi. İlk dəqiqədən topa nəzarət edən meydan sahibləri “Vilyarreal”ın qapısını sistemli şəkildə təhlükədə saxladılar. Debütdə Manenin bir neçə əla şansı oldu, lakin seneqallı onları qola çevirə bilmədi. Bundan sonra, “qırmızılar” üstünlüyə sahib olsalar da, nadir hallarda qol vəziyyəti yaradırdılar. Uğura ən yaxın olan Alkantara idi, onun fasiləyə az qalmış vurduğu zərbə qapı dirəyinə dəydi. İlk hissədə ispanlar rəqibin həmləsini dəf etsələr də, sonra bəxt onlardan üz döndərdi. İkinxi hissənin başlanmasından cəmi 7 dəqiqə sonra Hendersonun ötürməsi Estupinyanın uğursuz toxunuşu səbəbindən qola çevrildi. İspanlar özlərinə gəlməmiş ikinci qolu qapılarında gördülər. Salah cərimə meydançası qarşısında, güc və vaxt baxımından optimal şəkildə fərqləndi və topu Manenin qarşışısındakı boşluğa atdı. Soneqallı futbolçu bu dəfə fürsəti əldən vermədi. Üç dəqiqədə iki qol vuran ev sahibləri daha sonra rahat və inamlı oynadılar. Emeri əvəzetmələrlə oyunu oyunun gedişini dəyişmək istədii, oyunu meydanın mərkəzinə keçirdi, ancaq bundan artığına nail ola bilmədi. 2-0 İspaniya klubu üçün xəyal kimi şanslar yaradır, baxmayaraq ki, onlar evdə ənənəvi olaraq səfərdən daha güclü oynayırlar. Amma indi “Vilyarreal” adət etdiyi kimi gözləmə mevqeyində dayana bilməyəcək, risk etməli olacaq. Bu isə “Liverpul”a yeni imkanlar verə bilər.
Çempionlar Liqası.
Yarımfinal, ilk oyun.
27 aprel. Liverpul. Enfild stadionu.
Baş hakim - Şimon Marçinyak (Polşa).
"Liverpul" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 2:0 (0:0).
Qollar: Estupinyan, 53 - avtoqol (1:0). Mane, 55 (2:0).