bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

Unai Emeri: "Oyuna nəzarəti ələ keçirmək istəyirdik, amma imkan vermədilər"

28.04.2022 03:56 Oxundu 530
 
"Vilyarreal"ın baş məşqçisi Unai Emeri Çempionlar Liqasının ilk yarımfinal matçında "Liverpul"a uduzduqdan (0:2) sonra rəqibin plana uyğun oynamağa imkan vermədiyini bildirib.
"Yarımfinalda "Liverpul" kimi çox vaxt əla formada olan güclü rəqiblərlə qarşılaşmaq və uğur qazanmaq asan deyil. Qalib gəlmək, oyuna nəzarəti ələ keçirmək istəyirdik, amma imkan vermədilər. Müdafiədə əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq ki, cavab oyununda variantlarımız olsun. “La Keramika”da hər şey tamam fərqli olacaq: biz daha tez-tez rəqibin möhkəmliyini sınayacağıq.
İlk hissədə yaxşı müdafiə olunduq, amma əks-hücumlar üçün praktiki olaraq imkanlarımız yox idi. Eyni sözləri ikinci yarı haqqında da demək olar. Rəqib vurduğu qollara layiq idi. Bu, bizim üçün pis nəticədir, lakin evdə daha yaxşı oynamağa çalışacağıq”, - UEFA-nın rəsmi saytı məşqçidən sitat gətirir.