28.04.2022 05:03
571
"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Vilyarreal"ı 2:0 hesabı ilə məğlub etdikdən sonra komandanın cavab matçına da oxşar münasibətlə çıxacağını bildirib.
"Birinci hissədə yaxşı hərəkət etdik. Müsbət münasibət və düşüncə tərzimizi saxlamalı idik. Hər şey yaxşı keçdi. İndi biz “Vilyarreal”ın qonağı olub finala yüksəlməyə çalışacağıq. Tam döyüşə hazır olub pozitiv münasibət və düşüncə tərzini saxlamalıyıq ki, ikinci raundu da birincisi kimi eyni şəkildə oynaya bilək.
Sadio Mane işini çox yaxşı görür. Mən onu mərkəzə yerləşdirməyi xoşlayıram, amma o, sol və sağ cinahda da oynaya bilir. Firmino kimi Jotanı da mərkəzə qoymağı xoşlayıram. Amma biz özümüzü çərçivəyə salmamalıyıq”, - UEFA rəsmi saytı məşqçidən sitat gətirir.