28.04.2022 13:18
584
"Liverpul"un müdafiəçisi Endi Robertson Çempionlar Liqasının yarımfinalının ilk oyununda "Vilyarreal"ı 2:0 hesabı ilə məğlub etdikdən sonra deyib ki, hər şey ilk qolla həll olundu.
"İlk hissədə bir neçə qol şansımız oldu - onlardan istifadə etməyə çalışdıq. İlk qol bizə bir az təkan verdi, tribunaların səs-küyü də inanılmaz idi. Bu da ikinci qola gətirib çıxardı. Daha çox qol vurmaq istəyirdik, amma iki cavbsız qol da pis nəticə deyil", - Robertson UEFA-nın rəsmi saytına açıqlama verib.