28.04.2022 13:41
469
"Barselona"nın hücumçusu Osman Dembele fikrini dəyişib və indi Kataloniya klubundan ayrılmaq istəmir. Futbolçu baş məşqçi Xavi ilə işləməyi, xüsusən də kataloniyalıların əfsanəsinin ona olan etimadını doğrultmaq istəyir. Üstəlik, futbolçu mövsümün sonunda başa çatacaq müqaviləni uzatmaq üçün maaşını azaltmağa da razıdır.
Bu barədə Sport.es xəbər verir.
Xatırladaq ki, tərəflərin razılaşmanı uzatmasına əngəl törədən məhz maaşın yüksəkliyi olub. Klub maaşın aşağı salınmasında israr edirdisə, Dembele və onun agenti hətta maaşının artırılmasını israr edirdi. Futbolçunun agenti ilə “Barselona” rəhbərliyinin nümayəndələri arasında yeni danışıqlar bu günlərdə baş tutmalıdır.