bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

"İnter" Dibalaya 6 milyon avro təklif edir

28.04.2022 13:46 Oxundu 466
 
"İnter" "Yuventus"un hücumçusu Paulo Dibalaya 6 milyon avro maaşla 4 illik müqavilə təklif edib. Bu, Lautaro Martinez və Marselo Brozoviçin Milan komandasında aldıqları maksimum maaşdır.
Bu barədə "La Gazzetta dello Sport"un məlumat verir.
Xatırladaq ki, futbolçu turinlilərlə müqaviləni uzatmağa razı olmadığı üçün mövsümün sonunda azad agent olacaq. Dibala “Yuventus”dan mövsüm üçün 10 milyon avro maaş istəyirdi.