04.05.2022 15:28
486
“Vilyarreal”ın baş məşqçisi Unai Emeri Çempionlar Liqasının yarımfinalının cavab oyununda “Liverpul”a uduzduqdan (2:3) sonra Morenonun zədəsinin oyuna təsir etdiyini, müdafiədə mükəmməl oynamaq mümkün olmadığını bildirib.
"İlk hissəni planlaşdırdığımız kimi oynadıq. İlk 45 dəqiqə bizim üçün ən optimist ssenari üzrə keçdi. Amma bu uğur üçün kifayət etmədi. 90 dəqiqənin hamısını mükəmməl oynamalı idik, xüsusən də müdafiədə.
İlk yarı mükəmməl keçdi. Bizə ümid verən oyun göstərdik. Fasilə zamanı Cerard Morenonun problem içində olduğunu və özünü zədəli hiss etdiyini öyrəndik, lakin onun mümkün qədər uzun müddət meydanda qalmasını istədik. Təəssüf ki, onun buna gücü qalmadı. Və biz vacib oyunçunu itirdik.
Biz topa daha çox sahib olmalı, oyuna nəzarət etməliydik. Lakin ikinci hissədə bizim “Liverpul”un bu gücünə qarşı adekvat güc qoymağa resurslarımız yox idi, - UEFA rəsmi saytı məşqçidən sitat gətirir.