"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qəbələ"yə 0:3 hesabı ilə uduzduqları oyunundan sonra matç barədə fikirlərini bölüşüb:
"Düşünürəm ki, “Qəbələ” layiqli qələbə qazandı. Bundan sonra avrokuboklara vəsiqə verən iki yer uğrunda 3 komanda arasında qızğın mübarizə gedəcək.
İlk hissəni böyük üstünlüklə keçirdik, nəzarət bizdə idi. Təəssüf ki, iki dəfə əks-hücumda yaxalandıq və qollar buraxdıq. İkinci hissədə vəziyyəti dəyişməyə çalışdıq. Amma rəqibin intizamlı müdafiəsini yara bilmədik. Heç də həmişə nəticə oyuna görə olmur. Ağır olacağını gözləyirdim. Çünki “Neftçi”yə qarşı 120 dəqiqə oynamışdıq. Məndə inam var idi ki, matçı çevirə bilərik. Oyundan narazı qala bilmərəm. 0:1 hesabı ilə də uduzsaydıq 3 xal itirmiş olacaqdıq. Bu gün hətta bərabərlik də bizə Konfrans Liqasına vəsiqə yolunda böyük üstünlük qazandıra bilərdi. Futbolda hər şey sən istədiyin kimi olmur. Fiziki cəhətdən isə bu gün rəqibdən daha yaxşı idik. Müəyyən rotasiyalar da etmişdik. Sadəcə üstün oynadığın zaman qollar buraxırsansa, bunun istər-istəməz təsiri olur. Beynəlxalq arenada ölkəmizi təmsil etmək istəyiriksə, vəziyyətlərə uyğun çıxış yolları tapmalıyıq".