bazar, 24 noyabr 2024

BİZİM FUTBOL

Aleksey Baqa: “Azlıqda ötənilki çempiona qarşı oynamaq çox çətin idi”

04.05.2022 23:49 Oxundu 492


"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa evdə "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında matç barədə fikirlərini bölüşüb:

"Oyunun yalnız 20-ci dəqiqəsinədək olan bölümünü şərh edə bilərəm. Həmin dəqiqəyədək qol buraxsaq da, komandam inamlı oynayırdı. Azlıqda ötənilki çempion və bu gün ikinci yerdə gedən komandaya qarşı oynamaq çox çətin idi. Futbolçularımı müdafiə etməliyəm. Amma azarkeşləri də başa düşmək lazımdır. Komanda uduzanda hakimliyi və məni də günahkar görə bilərlər. Penalti epizodu ilə bağlı iradım yoxdur. Hakimliyi normal qiymətləndirirəm".

Onun sözlərinə görə, Araz Abdullayevi meydandan çıxarması onun əzələ problemləri üzündən bir həftəyədək məşqi buraxması ilə bağlı idi: "Qırmızı vərəqədən sonra qərara aldıq ki, onu çıxaraq. Əks halda, gələcək matçlar üçün Arazı itirə bilərik. Hələ qarşıda oyunlarımız var, onu itirmək istəmirik".