bazar, 24 noyabr 2024

BİZİM FUTBOL

Samir Abasov: “Kubokdakı məğlubiyyətdən sonra qalib gəlmək nailiyyətdir”

04.05.2022 23:58 Oxundu 536


"Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra matç barədə fikirlərini bölüşüb:

"Ənənəyə çevrilən çətin səfər oyununda qələbə qazandıq və çempionatda seriyanı davam etdirdik. Rəqib qırmızı vərəqə alsa da, oyuna nəzarət bizdə idi. Kubokdakı məğlubiyyətdən sonra bu basqının altından çıxmaq asan deyildi. Gənc futbolçularımızı təbrik edirəm. Öz üzərlərində işləsinlər, biz də onlara dəstək olarıq. Komandadan gözləntilər həddən artıq böyükdür. Reallıqları dərk edən insanlar var. Ən yaxşısını etdiyimizi düşünürəm. Bu qədər gənc futbolçu oynadan olmamışdı. Çempionatda seriyanı uduzmadan davam etdirmək futbolçularımızın, xüsusən təcrübəlilərin böyük zəhmətinin nəticəsidir. Bugünkü reallıq belədir ki, çıxdığımız oyunlarda mübarizə aparmalıyıq.  Tez-tez sistemi dəyişdiyimə görə məni qınayanlar. Bu gün bir neçə oyunçumuzun yoxluğunda da sistemi niyə dəyişdiyimizi deyən olacaq. İstər çölümüzdən, istərsə də içimizdən. Araşdırmadan "niyə filankəs oynamadı" sualları ortaya çıxır. Elə oyunlarımız olub ki, həmin oyundan sonra komanda daxilində çaxnaşma salmağa çalışıblar. O qədər vacib oyunlar öncəsi belə hallar olub ki... Baş məşqçi önəmli matçlardan əvvəl kiməsə deyə bilərmi ki, səni istəmirəm? Bu cür vəziyyətdə ab-havanı qoruya bilmişiksə, kubokdakı məğlubiyyətdən sonra qalib gəlmək nailiyyətdir".