bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

“Real” finalda “Liverpul”un rəqibi oldu

05.05.2022 01:38 Oxundu 576


Çempionlar Liqasının ikinci yarımfinal oyunun cavab matçı dramatikliyi ilə diqqəti cəlb edib. Həm “Real”, həm də “Siti” futbolçuları ehtiyatla hərəket edir, topu rəqibə hədiyyə etməməyə çalışırdılar. Zaman-zaman gah bu, gah da digər komanda təşəbbüsə yiyələnmək istəsə də hücumu məntiqi sonluğa çatdıra bilmir və dərhal öz qapının təhlükəsizliyini təmin etmək üçün geri çəkilirdilər. Bu cür oyun 73-cü dəqiqiqəyə qədər davam etdi. Həmin dəqiqədə qonaqlar “Real”ın qapısına yol tapmaqla sanki cütün taleyinə də aydınlıq gətirmiş oldular. İki oyunun nəticəsinə görə ingilislərin 2 top fərqi ilə irəli çıxmaları madridlilərdə inamsızlıq yaratdı. “Siti” həmin dəqiqələrdə iki dəfə real qol vəziyyəti yaratsalar da bu imkanlardan istifadə edə bilmədilər. Əvəzində oyunun 90-cı dəqiqəsində Rodriqo səhnəyə çıxıb madridliləri ümidləndirən qolu vurdu. Amma hələ də “Siti”nin maddi üstünlüyü davam edirdi. Qoldan ruhlanan madridlilər 2 dəqiqə sonra daha bir qol vurmaqla oyunda tarazlığı bərpa etdilər. Yenə Rodriqo fərqləndi. Oyun əlavə vaxta keçdi və əlavə vaxtın birinci hissəsində “Real” penalti vurmaq hüququ qazandı. Benzema fürsəti əldən vermədi.

Beləliklə, iki oyunun nəticəsinə görə “Real” 6:5 hesabı ilə qalib gələrək finalda “Liverpul”a rəqib oldu.