06.05.2022 17:56
692
“Vest Hem”in baş məşqçisi Devid Moyes Avropa Liqasının yarımfinalında “Ayntraxt”a 0:1 hesabı ilə uduzduqları matçı şərh edib.
- Çalışdıq. Şanslar yaratdıq və düşünürəm ki, rəqibdən daha kəskin hücumlar təşkil edirdik. “Ayntraxt”ı təbrik etməli və ona ən yaxşısını arzulamalıyıq. Şanslar var idi, əlbəttə. Bu turnirdə məncə, “Ayntraxt”dan güclü olan komandaları sıradan çıxarmışdıq. Bu dəfə alınmadı. Düzünü desəm, bu qarşıdurmanı yəqin ki, Londondakı matçın ilk dəqiqələrindən uduzmuşduq, - UEFA-nın mətbuat xidməti Moyesdən sitat gətirir.