06.05.2022 18:03
601
"Ayntraxt Frankfurt"un baş məşqçisi Oliver Qlasner Avropa Liqasının 1/2 final mərhələsinin cavab oyununda "Vest Hem" üzərində qazanılan qələbəni (1:0) şərh edib.
"Çox çətin matç oldu. Möhtəşəm qol vurmağı bacardıq. İkinci hissədə ehtirasla və ümidsiz şəkildə müdafiə olunduq və mən komandamla fəxr edirəm. 42 ildən sonra bu klub və onun gözəl azarkeşləri ilə finala çıxmaq əladır. ", - UEFA-nın mətbuat xidməti Qlasnerdən sitat gətirir.
Qeyd edək ki, Almaniya komandası sonuncu dəfə 1980-ci ildə avrokubokların finalında çıxış edib.