06.05.2022 18:30
534
"Barselona"nın müdafiəçisi Ronald Arauxo Kataloniya klubu ilə müqaviləsini yenilədikdən sonra emosiyalarını bölüşüb.
"Hər zaman bunu arzulamışam. Müqaviləmi yeniləmək mənim üçün xoşbəxtlikdir. Dünyanın ən yaxşı klubunda oynayıram, bu, zəhmətimin mükafatıdır. Klubun mənə inamı onu göstərir ki, mən hər şeyi düzgün edirəm. Bu mövsüm bir az qəribə oldu. Biz pis başladıq, amma Xavi gələndən sonra hər şey dəyişdi. Komandanın mentaliteti və iş tərzimiz dəyişdi. Düzdü son oyunlarda “Barselona”nın nəticələri xoşagələn deyil, amma komanda hələ də dəyişir. Mən klubumuza inanıram, əminəm ki, gələn il hər şey yaxşı olacaq və biz bir və ya bir neçə titul qazanacağıq”, - deyə Sport.es Arauxodan sitat gətirir.