09.05.2022 20:06
503
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turunda Sumqayıtın eyniadlı komandası evdə "Şamaxı"nı qəbul edib. "Kapital Bank Arena"dakı görüş meydan sahiblərinin 2:0 hesablı qalibiyyəti ilə başa çatıb. Hər iki qolu Əli Qurbani vurub. Cənubi azərbaycanlı hücumçu 31-ci və 78-ci dəqiqələrdə fərqlənib.
Bu, "Sumqayıt"ın Aleksey Baqanın rəhbərliyi altında ilk qələbəsi olub. Bundan başqa, komanda 15 turdan sonra 3 xala sevinib.
Qələbədən sonra xallarını 18-ə çatdıran "Sumqayıt" 7-ci pillədəki mövqeyini qoruyub. "Şamaxı" isə 21 xalla 6-cı sırada yer alıb.
Qeyd edək ki, ilk oyun günündə "Sabah" səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib, çempion "Qarabağ" isə evdə "Zirə" ilə sülhə razılaşıb.