bazar, 24 noyabr 2024

BİZİM FUTBOL

Baş məşqçi qələbəyə ümidini itirməyib

09.05.2022 23:03 Oxundu 558


"Şamaxı"nın baş məşqçisi Rüstəm Əliyev səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları matçdan sonr keçirilən  mətbuat konfransında oyuna münasibətini bildirib:

"Oyun barədə danışmaq çox çətindir. Komandanın aqressiyası yox idi. bunu araşdıraraq nəticə çıxaracağıq. Hücumlarımızı əsasən cinahlardan qururduq. Amma bir hücumçu tapmadıq ki, son nöqtəni qoysun. Rəhbərliyi, azarkeşləri sevindirə bilmirik. Azarkeşlərdən üzr istəyirik. Növbəti oyundan qələbə gözləyirik".

Komandaya 20 gündür baş məşqçi təyin olunduğunu xatırladan Əliyev futbolçuların fiziki durumunun çox aşağı səviyyədə olduğunu vurğulayıb: "Aqressiv futbol çatışmır. Daxili enerjini göstərməlisən, bu gün onu da göstərə bilmədik".