bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

Dmitri Quberniev: “UEFA-nın qərarından CAS-a şikayət etmək məntiqlidir”

14.05.2022 11:33 Oxundu 498

Şərhçi Dmitri Quberniev CSKA, “Zenit”, “Dinamo” və “Soçi”nin avrokuboklardan kənarlaşdırılmaları barədə UEFA-nın qərarından CAS-a apellyasiya şikayəti verməsi xəbərinə münasibət bildirib.
"Təbii ki, UEFA-nın qərarından CAS-a şikayət etmək məntiqlidir. RPL klubları bu məsələdə düzgün hərəkət edirlər. Ayaqlarımızı büküb otursaq, səhv olar. Ona görə də hər cür vasitələrdən sona qədər istifadə etməliyik. Şəxsən mən bu şikayətlərin müsbət nəticə verəcəyinə inanmıram.  CAS şikayətləri təmin etsə belə, bizim təyyarələrimiz Avropaya uça bilmir axı. Amma istənilən halda problemlərin bu və ya digər şəkildə həllinin hüquqi və diplomatik yollarından maksimum istifadə edilməlidir”, - Quberniev Sport24-ə bildirib.