bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

Bronkhorst: " Təəssüflənirəm, çünki kuboka çox yaxın idik"

19.05.2022 13:02 Oxundu 518

"Reyncers"in baş məşqçisi Covanni van Bronkhorst Avropa Liqasının finalında "Ayntraxt"a uduzduqdan sonra (1:1; pen. 5-4), bunun məyusedici və acı məğlubiyyət olduğunu bildirib:
"Qazanmaq üçün hər şeyi etdik. Penaltilər lotereyadır, bu gün sadəcə bizim günümüz deyildi. Oyunçular bacardıqları hər şeyi etdilər, oyun vaxtında uduzmadıq. Təəssüflənirəm, çünki kuboka çox yaxın idik. Əgər qalib gəlirsəsə sənə bir ömürlük xatirə, uduzursansa məğlubiyyətin acısı qalır.
Fiziki cəhətdən çətin idi. Futbolçular meydanda bütün güclərini verdilər. Futbolçular çox yorğun olduqları üçün əvəzetmə etməli oldum. Lakin bu, hər iki komandaya aiddir”, - UEFA-nın rəsmi saytı məşqçidən sitat gətirir.