19.05.2022 13:10
519
"Ayntraxt Frankfurt"un baş məşqçisi Oliver Qlasner Avropa Liqasının finalında "Reyncers" üzərində qələbə qazandıqdan (1:1; pen. 5:4) sonra bildirib ki, komandasının hələ Çempionlar Liqasında iştirak barədə düşünməyib.
"İnanılmaz! Bu, Avropada 13-cü matçımız idi və heç vaxt uduzmadıq. Uşaqların bu gün etdiklərini və mövsüm boyu etdiklərini təsvir etməyə söz tapmıram.
Mənə sual veririrlər ki, gələn mövsüm Çempionlar Liqası haqda nə düşünürəm? Yox, heç nə düşünmürəm. Mən heç vaxt o qədər uzağa baxmıram, çünki yaxın aylarda nə olacağını bilmirəm. Futbolçulara dedim ki, bizim fantastik səyahətimiz olub, bu səyahət bu gün Sevilyada yox, sabah kubokla evdə olanda bitməlidir”, - UEFA-nın rəsmi saytı məşqçidən sitat gətirir.