bazar ertəsi, 21 aprel 2025

BİZİM FUTBOL

"Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi

02.08.2022 15:08 Oxundu 1079
 
"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
Cempion.az  xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmadan sonra bəlli olub.
Ağdam klubu III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş" klubunu üstələyəcəyi təqdirdə, növbəti raundda “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq. "Qarabağ" "Ferentsvaroş"a qarşı ilk görüşünü avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.