bazar, 24 noyabr 2024

BİZİM FUTBOL

“Rapid” – "Neftçi" oyununu norveçli hakimlər idarə edəcək

02.08.2022 15:21 Oxundu 576


UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Rapid" (Avstriya) – "Neftçi" matçının hakimləri müəyyənləşib.

Cempion.az xəbər verir ki, oyunu Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Rohit Saqqi olacaq. Ona Qeyr İsaksen, Morten Yensen laynsman kimi, Sivert Öksnes Amland dördüncü hakim kimi kömək edəcək.

Qeyd edək ki, avqustun 11-də Avstriyanın paytaxtı Vyananın "Vestştadion" arenasında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.