bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

Maqomed Adiyev: “Diqqətimi Qazaxıstan millisi ilə işləməyə cəmləmişəm”

05.08.2022 16:21 Oxundu 553
 
Rusiyalı mütəxəssis Maqomed Adiyev Qazaxıstan millisinin baş məşqçi postunu tərk edə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
"Bu gün bütün diqqətimi Qazaxıstan millisi ilə işləməyə yönəltmişəm, Qazaxıstan Futbol Federasiyası ilə qüvvədə olan müqaviləm var. Qarşıda bizi vacib iki oyun gözləyir, ona görə də heç bir şübhə olmamalıdır – müqaviləmin müddəti bitməmiş postumu tərk etməyəcəyəm. Bu yaxınlarda Qazaxıstan kubokunun “Aktobe” – “Taraz” oyununda iştirak etmişəm, məşqçilər korpusumuz analitik iş aparıb. Bütün diqqətimizi Belarus və Azərbaycanla qarşıdakı oyunlara kökləmişik. Mətbuatda gedən bəzi söz-söhbətlərə gəlincə, onu deyə bilərəm ki, bu cür söhbətlər məşqçinin həyatında həmişə olur. Hazırda Qazaxıstandayam, bir sıra namizədlərə baxırıq, Millətlər Liqasının payız dövrünə tam hazırlıq gedir”, - Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti Adiyevə istinadən məlumat yayıb.