bazar ertəsi, 21 aprel 2025

BİZİM FUTBOL

"Ferentsvaroş"un prezidenti: “Oyunun əhəmiyyətinin fərqindəyik”

08.08.2022 23:30 Oxundu 512


"Ferentsvaroş"un prezidenti Qabor Kubatov Macarıstanda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu barədə fikirlərini açıqlayıb:

"Duel iki matçdan ibarətdir. "Slovan"la görüşdə də bir dəqiqə belə ruhdan düşmədik və nəticə qazandıq. Azarkeşlər matçın ağırlığını hiss edirlər. Futbolçularımız da oyunun əhəmiyyətinin fərqindədirlər. Odur ki, fanatlarımız qazanacağımız uğuru canlı izləmək şansını qaçırmamalıdır".

Qeyd edək ki, Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.