bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

Robert Levandovski: "Özümü yeni oyuncağı olan uşaq kimi hiss edirəm"

09.08.2022 13:16 Oxundu 540
 
"Barselona"nın yeni futbolçusu Robert Levandovski Kataloniya klubuna keçidi haqda danışıb.
- Bilirəm ki, mənim keçidim bir çox azarkeşlərə toxunur. Mən bunu başa düşürəm və indi bunun üçün yalnız üzr istəyirəm. Həmin vaxt dəyişikliklərə hazır olduğumu başa düşmək mənim üçün vacib və zəruri idi. Sonda hamımız insanıq. Almaniyada 12 il keçəndən sonra mənə aydın oldu ki, vaxtım bitir. Hər kəs belə çətin vəziyyətlə qarşılaşa bilər və biz ən yaxşı həll yolunu tapmalı idik. Bu dəyişikliklər, başqa ölkəyə getmək, başqa kluba keçmək mənə lazım idi. Mən indi özümü yeni oyuncağı olan uşaq kimi hiss edirəm, - “Marka” Levandovskidən sitat gətirir.