09.08.2022 16:01
664
Bu gün Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadasının son turunda kişilərdən ibarət komandamız (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Vasif Durarbəyli, Rauf Məmmədov) Serbiya, qadın yığmamız (Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva) isə Gürcüstan şahmatçıları ilə mübarizə aparırlar.
Qeyd edək ki, hazırda qadın yığmamız 16 xalla 3-cü, kişi şahmatçılarımız isə 14 xalla 16-cı sırada qərarlaşıb.