19.08.2022 16:35
567
Fransa PSJ-sinin futbolçusu Kilian Mbappe klubun prezidenti Nasser Əl-Xələfidən argentinalı futbolçuların göndərilməsini xahiş edib.
"UOL Esporte" nəşri xəbər verir ki, fransalı futbolçu Lionel Messi, Mauro İkardi və Leandro Paradesin Paris təmsilçisində qalmasını istəmir.
Mbappe hesab edir ki, Cənubi Amerika təmsilçiləri komandada qruplaşma yaradıblar və ümumi ab-havanı pozurlar. Braziliyalı Neymar, kosta-rikalı Keylor Navas və ispaniyalı Ander Erreranın da argentinalı oyunçulara qoşulması Mbappeni narahat edir.
Qeyd edək ki, daha əvvəl Kilian Mbappe ilə Neymar arasında münaqişə olması barədə məlumat yayılmışdı.