19.08.2022 17:01
573
Ukraynanın gənclər və idman naziri Vadim Qutsayt ölkədə yeni mövsümdə futbol yarışlarının keçirilməsi ilə bağlı təlimatın müddəalarını açıqlayıb.
- Matçlar tamaşaçısız keçiriləcək. Məhdud sayda akkreditə olunmuş şəxslərin - futbolçuların, məşqçilərin, hakimlərin, matç rəsmilərinin, akkreditə olunmuş KİV nümayəndələrinin, tibbi xidmətin, Dövlət Fövqəladə Hallar Xidmətinin, Milli Polisin iştirakına icazə verilir. İdman qurğularının operatorlarından evakuasiya planı və sığınacaqları hazır vəziyyətə gətirmələri tələb olunacaq. Sığınacaqlar bütün təhlükəsizlik qaydalarına uyğun gəlməli və yarış iştirakçılarını tam tərkibini qəbul edə bilməlidirlər. Sığınacaqlar stadionlardan 500 metrdən çox olmayan məsafədə olmalıdır. Hava hücumu xəbərdarlığı zamanı stadionun diktoru elan etməlidir: "Diqqət! Hava hücumu siqnalı! Hər kəsdən sığınacağa daxil olmasını xahiş edirik!". Qarşılaşmanın hakimi dərhal fit çalaraq matçı dayandırır və komandalarla birlikdə sığınacağa gedir”, - Qutsayt sosial şəbəkədə yazıb.