31.08.2022 08:26
755
Çexiyanın paytaxtı Praqada qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında X tura yekun vurulub.
Bu turda Azərbaycan şahmatçıları Ləman Hacıyeva və Səbinə İbrahimova müvafiq olaraq, Joka Qaal (Macarıstan) və Martina Folkovanı (Çexiya) məğlub edib.
Gülnar Məmmədova yarışın lideri Monika Soçko (Polşa) ilə sülhə razılaşıb.
Günay Məmmədzadə Elina Danielyanla (Ermənistan), Gövhər Beydullayeva da Sofi Milye (Fransa), Ülviyyə Fətəliyeva isə İnna Qaponenko (Ukrayna) ilə heç-heçə edib. Xanım Balacayeva İrina Bulmaqaya (Rumıniya) uduzub.
Bu nəticələrdən sonra Günay Məmmədzadə 7,5 xalla 2-ci pillədəki mövqeyini qoruyub. Onu son tur öncəsi lider Monika Soçkodan cəmi 0,5 xal ayırır.
Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova 7 xalla 5-6-cı, Gövhər Beydullayeva 6,5 xalla 15-ci, Ləman Hacıyeva 6 xalla 25-ci, Xanım Balacayeva 6 xalla 30-cu və Səbinə İbrahimova 5 xalla 67-cidir.
Qeyd edək ki, bu gqn - avqustun 31-də Avropa çempionatına yekun vurulacaq.