03.09.2022 19:50
463
Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunda daha bir görüş keçirilib. "Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlub edib – 1:0.
Yeganə qolu oyunun 85-ci dəqiqəsində Tovuz klubunun kamerunlu hücumçusu Runi İva Vankevay vurub. Bu nəticədən sonra Ayxan Abbasovun rəhbərlik etdiyi komanda turnir cədvəlində 7 xalla 5-ci sıraya qalxıb. "Şamaxı" isə 1 xalla 9-cu yerdədir.