bazar, 24 noyabr 2024

BİZİM FUTBOL

Baqa cəzalandılmayacaq

05.09.2022 17:35 Oxundu 416


“Neftçi”-“Sumqayıt” matçının AFFA nümayəndəsi mən idim. Final fitinə 2 dəqiqə qalmış Baqanın təzyiqi qalxdı. Özündə deyildi, ayaq üstdə dura bilmirdi. Həkim gəlib təzyiqini ölçdükdən sonra baş məşqçini stadiondan çıxardılar. Bu səbəbdən "Sumqayıt" klubunun baş məşqçisi Aleksey Baqaya qarşı intizam işi açılmayacaq ".

Bu sözləri AFFA İntizam Komitəsinin (İK) sədri Erkin Hüseynov deyib.

Hüseynov bildirib ki, bu, fors-major hal olduğundan, baş məşqçinin əvəzinə köməkçisinin mətbuat konfransında iştirakına icazə verilir: "Bu, səhhətlə əlaqədar məsələdir. Baqa jurnalistlər önündə çıxış etməli idi. Amma səhhəti imkan vermədiyi üçün mətbuat konfransına Rail Məlikov çıxdı".

Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" görüşü qonaqların 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.