06.09.2022 17:31
532
FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, UEFA Avropa Liqasının qrup mərhələsində sentyabrın 8-də, Avstriyada keçiriləcək “Şturm” (Qrats, Avstriya) – “Midtüllan” (Danimarka) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, "Sturmstadion Liebenau" arenasında təşkil olunacaq F qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.