İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-dan şikayəti ilə bağlı qərarını yenidən təxirə salıb.
Bu barədə Nurlan İbrahimovun vəkili Fərid Haqverdiyev özünün sosial şəbəkə hesabında yazıb. O, CAS-ın müraciət üzrə cavabı oktyabrın 13-dək uzatdığını bildirib.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA Nurlan İbrahimovu futboldan ömürlük uzaqlaşdırıb. "Qarabağ" klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb. İdman Arbitraj Məhkəməsi (CAS) onun şikayəti ilə bağlı qərarı ilk dəfə 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Lakin qərarın tarixi indiyədək dəfələrlə təxirə salınıb.