06.09.2022 18:07
542
İtaliya millisinin heyətində dünya çempionu Alessandro Del Pyero hesab edir ki, “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya Avropa çempionatlarında oynamaq üçün doğulub:
"Luçano Spallettinin işinə heyranam. Klubda müsbət münasibət və yüksək səviyyəli komandaya layiq mentalitet var. Kvaratsxeliya istedadlıdır, onun meydançadakı hərəkətləri isə gözlənilməzdir. O, Avropada oynamaq üçün doğulmuşdur", - "La Gazzetta dello Sport" Del Pieroya istinadən xəbər verir.