bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

ÇL-in rəmzi komandası müəyyənləşib

08.09.2022 10:41 Oxundu 459

UEFA Çempionlar Liqasında qrup mərhələsinin I turunun oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.
"11-liy"ə İngiltərənin "Mançester Siti" klubundan 2 futbolçu düşüb. Digər 9 komanda isə hərəyə 1 oyunçu ilə təmsil olunub. Mahir Emrelinin komanda yoldaşı qapıçı Dominik Livakoviç də rəmzi komandaya düşənlər arasındadır:
Qapıçı: Dominik Livakoviç ("Dinamo", Zaqreb, Xorvatiya)
Müdafiəçilər: Joau Kanselu, Ruben Diaş (hər ikisi "Mançester Siti", İngiltərə), Alexandro Qrimaldo ("Benfika"), Lubade Abakar Silla ("Brügge", Belçika)
Yarımmüdafiəçilər: Markus Edvards ("Sportinq", Portuqaliya), Pyotr Zelinski ("Napoli", İtaliya), Məhəmməd Kudus ("Ayaks", Niderland)
Hücumçular: Robert Levandovski ("Barselona", İspaniya), Leroy Sane ("Bavariya", Almaniya), Maryan Şved ("Şaxtyor", Ukrayna)