"Qarabağ"la cavab oyununda "Viktoriya" cəmi iki dəfə çərçivəyə zərbə vurdu, onlar da qol oldu"
Bunu UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Almaniyanın "Frayburq" komandasının baş məşqçisi Kristian Ştrayx deyib.
Baş məşqçi "Qarabağ"ın Çexiyanın "Viktoriya" komandası ilə Plzen şəhərində keçirilmiş UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki cavab oyunundan danışıb: "Mən "Qarabağ"ın "Viktoriya" ilə oyunlarına baxmışam. "Viktoriya" iki dəfə çərçivəyə zərbə vurdu və layiq olmadığı şəkildə 2:1 hesabı ilə qalib gəldi. Bu, cavab oyunu idi. Əks halda, "Qarabağ" Çempionlar Liqasında oynamalı idi".
Qeyd edək ki, bu gün "Europa-Park" stadionunda təşkil olunacaq "Frayburq" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.